Əsas Səhifə > Dünya, Güney Press > Ukraynada durum gərgin olaraq qalır

Ukraynada durum gərgin olaraq qalır


10-03-2014, 11:06
Ukraynada durum gərgin olaraq qalır
Ukraynada gərginlik artıb. Hökumət və Rusiya yönlü fəallar bazar günü ölkədə yürüşlər keçiriblər. Şərqi Donetsk şəhərində rusiyapərəst nümayişçilər regional administrasiya binasına gedib, Ukrayna bayrağını çıxarıb, yerinə Rusiyanınkını taxıb.

Rəqib düşərgənin yürüşü isə rusiyayönlü fəalların hücum təhlükəsinə görə təxirə salınıb. Müxalifət lideri Vitali Klitschko bu aksiyada çıxış edəcəkdi.

Donetsk yaxınlığındakı Luhanskda Moskva tərəfdarları regional hökumət binasını tutub və qubernatorun istefasını tələb edib. Krım paytaxtı Simperopolda isə minlərlə nümayişçi Rusiyaya qoşulmağa dəstək aksiyası keçirib. Rusiyaya birləşməyin əleyhinə keçirilən yürüşə isə 500 nəfər qatılıb.

Geri qayıt