Əsas Səhifə > Dünya > Putinin hərbi planı üzə çıxdı: 40 minlik ordu bölgədə

Putinin hərbi planı üzə çıxdı: 40 minlik ordu bölgədə


4-02-2024, 22:48
Putinin hərbi planı üzə çıxdı: 40 minlik ordu bölgədə
Rusiya Ukraynanın Kupyan şəhəri istiqamətində 500-ə yaxın tank, 600-dən çox döyüş maşını və 40 minə yaxın canlı qüvvə toplayıb. Məqsəd 2022-ci ilin payızında rusların geri çəkildiləri Xarkovu ələ keçirməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Forbes" yazır.

"Rusiya marta qədər Donetsk və Luqansk vilayətləri və Xarkov vilayətinin Oskil çayına qədər olan hissəsini tamamilə ələ keçirməyi planlaşdırır", - təhlildə deyilir.

“Marta qədər” ifadəsi onunla izah olunur ki, həmin ay Rusiyada seçkilər keçiriləcək və o vaxtadək Prezident Vladimir Putin legitimliyini daha da gücləndirmək istəyir.

“Forbes” hesab edir ki, Xarkov vilayətindən qoparılacaq bir parça da, Rusiya ordusundan seçkiyə hazırlaşan Putinə hədiyyə olardı.
Geri qayıt