Əsas Səhifə > Dünya > Pekinin İranla bağlı öz planları var...

Pekinin İranla bağlı öz planları var...


19-01-2024, 08:00
Pekinin İranla bağlı öz planları var...
Pekinin İranla Pakistanı barışdırmaq səyləri hələ ki, nəticə verməyib. Çinin hər iki dövlətlə strateji münasibətləri mövcuddur. İranla Pakistan arasında gərginliyin artması Çinin iqtisadi maraqların zərbə vurur. Yəməndəki husilərin Qırmız dənizdə ticarət gəmilərinə hücumları artıq Çinə mənfi təsir edib. Çinin ticarət gəmiləri gərginlik səbəbindən Qırmızı dəniz və Süveyş kanalından istifadənin əvəzinə məhsullarını son məntəqəyə çatdırmaq üçün daha uzun məsafələri seçiblər. Bu da Çin malların bahalaşmasına səbəb olub. İranla Pakistan arasında müharibə risqi Çinə daha böyük təhlükə vəd edir. Çin Pakistan üzərindən yeni nəqliyyat dəhlizlərinə yatırım qoyaraq Hind okeanına çıxmağa çalışır. Bu Pakistanın da maraqlarına cavab verir. Bundan başqa Pakistan Çin yeni texnologiyalarla hazırlanan hərbi təyyarələrini almağa çalışır. Çinin İranla bağlı da böyük planları var, bu ölkəyə yaxın 20 ildə böyük yatırımlar qoymalıdır. Yaxın Şərqlə yanaşı Avrasiya bölgəsində yeni müharibə ocağı Çinin regional layihələrini yenidən baxmağa məcbur edə bilər.

Elxan Şahinoğlu - dia-az.media

Geri qayıt