Əsas Səhifə > Dünya > İran bütün qonşulara MEYDAN OXUYUR...

İran bütün qonşulara MEYDAN OXUYUR...


17-01-2024, 15:33
İran bütün qonşulara MEYDAN OXUYUR...
Tehran risqli oyuna girişib, bir neçə gün ərzində İraq və Pakistan ərazilərinə raket zərbələri endirilib. Bunu terrorla mübarizəylə izah etməyə çalışsalar da, həlak olanlar arasında mülki insanlar var. İraq və Pakistan Tehrana etirazlarını bildiriblər. Bu azmış kimi İrandan Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumunu dəstək ifadə edən açıqlamalar səslənib. Qərbin sanksiyaları ilə üzləşən İran qonşu ölkələrlə də münasibətləri gərginləşdirən siyasi xəttə üstünlük verib.

Müəllif: Azər Fikrətoğlu
dia-az.media

Geri qayıt