Əsas Səhifə > Dünya > Paşinyanın DAR DƏHLİZ anlayışı...

Paşinyanın DAR DƏHLİZ anlayışı...


14-01-2024, 22:05
Paşinyanın DAR DƏHLİZ anlayışı...
“Azərbaycan zaman-zaman Ermənistan ərazisi ilə bağlı dəhliz diskursunu formalaşdırmağa çalışır”.

“Cebhe.info”-nun “Armenpress”-ə istinadən məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O əlavə edib ki, onlar Ermənistan ərazisi ilə bağlı iddialar olduğunu deyəndə, cavab olaraq bunun beynəlxalq səviyyədə qəbul edilmiş diskurs olduğu cavabını alırlar:

“Bizə deyirlər ki, Şimal-Cənub dəhlizi var, Cənub dəhlizi var, Şimal dəhlizi var, konkret misallar gətirirlər. Azərbaycan bildirir ki, onlar İran ərazisindən keçən kommunikasiyalara, o cümlədən Azərbaycanın şərq hissəsindən Naxçıvana keçid üçün, eləcə də Rusiyadan Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinə münasibətdə də bu düsturdan istifadə edirlər.

Məlumdur ki, Azərbaycanla Naxçıvanı birləşdirmək problemi var və bu əlaqənin İran ərazisindən təmin olunması ilə paralellər aparılır. İndi də İranın bu əlaqəni təmin etdiyi şərtlərlə Azərbaycanla Naxçıvan arasında rabitəni təmin etməyə hazır olduğumuzu deyirik. Biz həm dəmir yolu əlaqəsini, həm də avtomobil yolunu təmin etməyə hazırıq”.

O əlavə edib ki, bu kontekstdə 9 noyabr 2020-ci il tarixli Bəyanata istinad etməyə cəhdlər edilir.

O, 9 noyabr tarixli Bəyanata istinadən Azərbaycanın üç ildir ki, dəhliz mövzusunu inkişaf etdirdiyini qeyd edib. Baş nazir yenə iddia edib ki, noyabrın 9-da imzalanan bəyanatda nə dəhlizdən, nə də Ermənistan ərazisindən keçən yolun təhlükəsizliyi Rusiya Federasiyası tərəfindən təmin edilməsindən söhbət gedir.

Paşinyanın sözlərinə görə, siyasi səviyyədə belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında yollar və sərhədlər suverenlik və səlahiyyətlərin verilməsi prinsipləri əsasında açıq olmalıdır. Azərbaycanın maneəsiz hərəkətə ehtiyacı olması ilə bağlı mövqeyinə gəlincə, Paşinyan bildirib ki, Ermənistan maneəsiz hərəkətin əleyhinə deyil, lakin maneəsiz hərəkət qanun pozuntusu demək deyil.
Geri qayıt