Əsas Səhifə > Dünya > Rusiyanın BMT MARAĞI...

Rusiyanın BMT MARAĞI...


6-01-2024, 11:40
Rusiyanın BMT MARAĞI...
Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukrayaya hərbi texnika göndərilməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir. Müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır. Qəribə məntiqdir, Ukrayna ərazisinə müdaxilə et və sonra dünyadan tələb et ki, “Ukraynaya hərbi texnika göndərməyin”. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, “işğalı bitirməyə imkan verin”. Rusiyanın özü Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir. Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir. Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür. Kremlin birinci məqsədi işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikinci məqsədi BMT üzvləri arasında müharibəylə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirməkdir.

Müəllif: Elxan Şahinoğlu
dia-az.media

Geri qayıt