Əsas Səhifə > Dünya > Putinin etibarlı nümayəndələrinin siyahısına baxılır

Putinin etibarlı nümayəndələrinin siyahısına baxılır


12-12-2023, 09:51
Putinin etibarlı nümayəndələrinin siyahısına baxılır
Rusiyanın dövlət başçısı Vladimir Putinin prezident seçkilərində etibarlı nümayəndələrinin siyahısı tərtib olunur.

“Report” xəbər verir ki, məlumatı RBK yayıb.

Bildirilib ki, tanınmış rejissor Nikita Mixalkov, müğənni Shaman, Marinka və Böyük teatrın baş direktoru Valeri Gerqiyevin Vladimir Putinin seçkidə vəkili olmaq masələsinə baxılır.

Bildirilib ki, prezident seçkilərində Vladimir Putinin vəkil edilmiş şəxslərinin tərkibi əvvəlki 2018-ci il kampaniyasının siyahısı ilə müqayisədə təxminən 40 faiz yenilənəcək. Məlumata görə, martın 17-də keçiriləcək prezident seçkilərində etibarlı şəxslər siyahısında hərbi zabitlər, onların arasında “Komsomolskaya Pravda”nın hərbi müxbiri Aleksandr Kots da olacaq. Aleksandr Sladkovun (VGTRK) və Semyon Peqovun (WarGonzo layihəsinin yaradıcısı) namizədliyinin də nəzərdən keçirildiyi bildirlib.

Geri qayıt