Əsas Səhifə > Dünya > Ukraynalılar dəmiri isti-isti döyür - Seçki marafonu başladı
Ukraynalılar dəmiri isti-isti döyür - Seçki marafonu başladı25-02-2014, 09:41 |
Bu gündən Ukraynada növbədənkənar prezident seçkisi – kampaniyanın ilk mərhələsi başlayır. Təqvimə görə, fevralın 25-dən martın 30-dək namizədlər irəli sürülməlidir. Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunmasının son müddəti aprelin 4-dür. Namizədin qeydiyyatdan keçməsi üçün 2,5 milyon qrivna (təqribən 220 min manat) seçki girovu qoyulmalıdır. “Media forum” saytı xəbər verir ki, Ukrayna qanunları dairə və məntəqə seçki komissiyalarının hər namizəddən 2 nəfər prinsipi ilə formalaşdırılmasını nəzərdə tutur. 15 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası isə 2007-ci ildə siyasi partiyaların parlamentdə təmsilçilik kvotası əsasında yaradılıb. Devrilmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyası MSK-da 10 nəfərlə təmsil olunur və qurumun tərkibinin dəyişdiriləcəyi istisna deyil. Ukraynanın nüfuzlu “Korrespondent.net” saytının fevralın 25-də yaydığı xəbərdə prezident seçkisində iştirak edəcək potensial namizədlər sırasında UDAR partiyasının lideri Vitali Kliçkonun, xalq hərəkatının öncül şəxslərindən olan biznesmen Pyotr Poroşenkonun, “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni Yatsenyukun, Azadlıq Partiyasının sədri Oleq Tyaqnibokun adları çəkilir. Prezident seçkisi mayın 25-də keçiriləcək. Geri qayıt |