Əsas Səhifə > Dünya > Paşinyan: "İndi siyasi xadimlər evlərin girişində öldürülmür"

Paşinyan: "İndi siyasi xadimlər evlərin girişində öldürülmür"


7-12-2023, 08:20
Paşinyan: "İndi siyasi xadimlər evlərin girişində öldürülmür"
Baş nazir Nikol Paşinyan deyib ki, indiki hökumətlə onun sələfləri arasında fərq ondadır ki, indi siyasi xadimlər evlərin girişində öldürülmür.
Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir ölkə parlamentindəki çıxışı zamanı deyib.

O, deputat Levon Köçəryanın parlamentdə başqa hansı ölkələrdə sosial şəbəkələrdə yazdıqlarına görə həbs edildiyi barədə sualını belə cavablandırıb: “Biz başqa ölkələrin statistikasını öyrənməmişik, amma mən ölkəmizdə əvvəlki dövrlərlə müqayisə apara bilərəm. Məsələn, deyə bilərik ki, siyasətçilər evlərinin girişində öldürülmür, insanlara atəş açılmır, seçkilərin nəticələri saxtalaşdırılmır, bizneslər “sıxışdırılmır”, Yerablurda torpaq sahələri mənimsənilmir”, - deyə baş nazir bildirib.

Paşinyan deyib ki, hökumət eyni zamanda Ermənistanın demokratiya sahəsində ardıcıl beşinci ildir ki, irəliləyişini qeyd edən beynəlxalq hesabatları və reytinqləri izləyir.

Köçəryan buna cavab olaraq ötən il baş nazirin kortejinin hamilə Sona Mnatsakanyanla ölümcül toqquşmasını xatırladıb: “Müqayisələrdən yorulmadınızmı? Mən bir sual verirəm - konkret cavab verməyə çalışın. O ki qaldı ədalətə, lütfən, bizi güldürməyin, baş verənləri görürük”, - deyə replika atıb.

Nikol Paşinyan “Poplavok” kafesində Robert Köçəryanın mühafizəçiləri tərəfindən döyülərək öldürülən Poqos Poqosyanın faciəli ölümünü xatırladıb: “Suallarınızı cavablandırmaqdan yorulmuram, çox faydalıdırlar”, - deyə Nikol Paşinyan əlavə edib.

Geri qayıt