Əsas Səhifə > Dünya, Güney Press > Yanukoviç Xarkovdadır - O qaçmayıb...

Yanukoviç Xarkovdadır - O qaçmayıb...


22-02-2014, 11:03
Yanukoviç Xarkovdadır - O qaçmayıb...
Viktor Yanukoviç Xarkovdadır. Musavat.com-un Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi jurnalistlərə deyib. Onun sözlərinə görə, Yanuokviçin Xarkovda olduğunu bu ölkənin xarici işlər naziri telefon danışığında təsdiqləyib. Nazir prezidentin Xarkovda hansısa görüşdə iştirak etməli olduğunu bildirib.

Dövlət Departamentinin nümayəndəsi hesab edir ki, bunu Viktor Yanukoviçin Kiyevdən qaçması kimi qiymətləndirmək doğru deyil. Çünki, əhəmiyyətli siyasi addımlardan sonra ölkənin şərqindəki “baza”sına səfər etmək Yanukoviç üçün ənənəvidir.

Xarkovun hava limanından isə İTAR-TASS-a bildiriblər ki, prezidentin təyyarəsi Xarkova enməyib.

Geri qayıt