Əsas Səhifə > Dünya > ABŞ və Çin liderlərinin görüşü: Bayden və Cinpin nələri müzakirə edəcəklər?

ABŞ və Çin liderlərinin görüşü: Bayden və Cinpin nələri müzakirə edəcəklər?


6-11-2023, 06:21
ABŞ və Çin liderlərinin görüşü: Bayden və Cinpin nələri müzakirə edəcəklər?
ABŞ Prezidenti Co Bayden və Çin rəhbəri Si Cinpin yaxın vaxtlarda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşə bilərlər. Ağ Evin mətbuat katibinin müavini Emili Simons bildirib ki, ABŞ və Çin məsələ ilə bağlı prinsipial razılığa gəliblər. Çin də belə bir görüşün təşkili üzərində işləməyə hazır olduğunu rəsmən bəyan edib.

Bundan əvvəl, oktyabrın sonunda Çinin xarici işlər naziri ABŞ-a səfər edərək dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlar aparıb.

Ümumiyyətlə, bu görüşdən ciddi bir şey gözləmək lazım deyil, çünki müzakirə olunacaq əsas məsələ Çin və ABŞ-ın rəqabətini necə tənzimləyə bilməkdir. Yəni söhbət bu rəqabətin müəyyən çərçivəsini, “qırmızı xətləri” müəyyənləşdirməkdən gedir. Düşünürəm ki, ABŞ və Çin arasında münasibətləri elə stabilləşdirməkdən danışacaqlar ki, onlar arasındakı rəqabət nəzarətdən çıxmasın və idarəolunmaz eskalasiyaya doğru sürüşməsin. Məsələn, "Tayvanda vəziyyətin gərginləşməsinin qarşısını necə almaq olar?" müzakirə olunacaq.

Ancaq inanmıram ki, onlar Ukrayna və ya Yaxın Şərq kimi bəzi məsələlərdə birgə koordinasiya ilə bağlı razılığa gələ bilsinlər. Düşünmürəm ki, onlar Ukraynada müharibəni necə bitirmək və ya İsraillə nə etmək kimi mikro-idarəetmə səviyyəsində hər hansı bir məsələdə razılaşacaqlar. Bu səviyyədə müzakirələr inkişaf etməyəcək, çünki onların bu məsələdə qütb mövqeləri var.

ABŞ-ın həqiqətən edə biləcəyi yeganə şey Rusiyaya açıq-aşkar irimiqyaslı hərbi təchizatla kömək etmək deyil, münasibətləri sabitləşdirmək üçün razılaşmalar çərçivəsində Çini təşviq etməkdir. Ancaq yenə də bu, onların rəqabətini tənzimləmək üçün əsas yarada biləcək “qırmızı xətlərdən” biridir.

Çox güman ki, müzakirə Çinin mikroçip tədarükündən kənara çıxmaması, yəni Rusiyaya birbaşa hərbi təchizat etməməsi və məsələn, ABŞ-ın Tayvanın müstəqilliyi ideyasını açıq şəkildə dəstəkləməyəcəyi ilə bağlı olacaq. Yaxud Çinin daxili işlərinə qarışmaq və ya məsələn, yeni ticarət mübahisələri olmayacaq.

Yəni söhbət bütünlüklə bəzi şeyləri geri qaytarmaqdan getməyəcək, əksinə, tərəflərin indi etdiklərindən artıq iş görməməsini təmin etməkdən ibarət olacaq. Bu, növbəti aralıq görüşdən başqa bir şey olmayacaq.

Müəllif: İlya Kusa - Ukrayna Gələcək İnstitutunun analitik mərkəzinin Yaxın Şərq məsələləri üzrə eksperti
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt