Əsas Səhifə > Dünya > HƏMAS-ın TUNEL TAKTİKASI

HƏMAS-ın TUNEL TAKTİKASI


19-10-2023, 06:51
HƏMAS-ın TUNEL TAKTİKASI
Qəzzada "Həmas" terrorçularının istifadəsində 1300-dən artıq tunel var. Tunellər 30 metr dərinlikdə yerləşir. Onların uzunluğu 500 kilometrdən artıqdır. Bu Qəzza zolağının uzunluğundan da xeyli çoxdur. Bir ucu Misirə gedib çıxır, Tunellərin üstündə fələstinlilər, mülki əhali yaşayır. Raketlər elə fələstinlilərin evlərinin altındakı tunellərdə - zavodlarda istehsal olunur. Fələstin uşaqları barıt çəlləklərinin, raketlərin, bombaların üstündə böyüyürlər. "Həmas" silahlıları on illərdir İsraili raket atəşinə tutub qaçır, əhaliyə qarışır, bu tunellərə girir. Lideri də oturub Qətərdə öz kefində...

Cavanşir Həsənli - DİA.AZ
Geri qayıt