Əsas Səhifə > Dünya, Güney Press > “Berkut” xüsusi təyinatlı polis dəstəsi yenidən «Maydan»a hücuma keçib

“Berkut” xüsusi təyinatlı polis dəstəsi yenidən «Maydan»a hücuma keçib

19-02-2014, 08:50
“Berkut” xüsusi təyinatlı polis dəstəsi yenidən «Maydan»a hücuma keçib
Kiyevin Müstəqillik Meydanında etirazçılara qarşı həmləyə keçən xüsusi təyinatlılar Müstəqillik Stelasını mühasirəyə alıblar.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, beləliklə, milis qüvvələri Müstəqillik Meydanının daha geniş ərazisini öz nəzarəti altına ala biliblər.

Belə ki, səhər saat 04.00 radələrində xüsusi təyinatlılar etirazçılara qarşı yenidən işıq-səs qumbaralarından istifadə edib. Aksiyanı yatırmaq üçün su şırnaqlarından da istifadə olunur.

“Azadlıq” partiyasının nümayəndəsi Aleksandr Aronetsin məlumatına görə, xüsusi təyinatlılar hətta “Qlobus”un damından da etirazçılara hücuma keçib.

Məlumata görə, Müstəqillik Stelasının yaxınlığında quraşdırılmış bir neçə çadıra od vurulub. Həmçinin Yeni İl yolkası ətrafında quraşdırılmış çadırlar da yanır. Konservatoriyanın binasında da yanğının başladığı bildirilir.

Etirazçılar, buna cavab olaraq, avtomobil şinlərini yandırır, milis əməkdaşlarına daş və “Molotov kokteyli” atırlar. Maydanda quraşdırılmış səhnədə “Azadlıq” hərəkatının lideri Oleq Tyaqnibok etirazçılara çağırışlar edir.

Qeyd edək ki, bu arada yol polisi paytaxtın mərkəzinə doğru hərəkət edən avtomobillər saxlanılaraq yoxlanılır. Məlumata görə, hətta “taksi”lər də ciddi yoxlanışa məruz qalır.

Geri qayıt