Əsas Səhifə > Dünya > Prokurorluq rüşvət qalmaqalında saxlanılanlarının həbs müddətini uzadıb

Prokurorluq rüşvət qalmaqalında saxlanılanlarının həbs müddətini uzadıb


18-02-2014, 09:52
Prokurorluq rüşvət qalmaqalında saxlanılanlarının həbs müddətini uzadıb
Türkiyə Prokurorluğu keçən il 17 dekabrda keçirilən antikorrupsiya tədbirləri zamanı saxlanılan iş adamı Rza Zərrab, sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülərin həbs müddətini uzadıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.
Qeyd edək ki, bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.
Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, onlarla insan saxlanılıb.

Geri qayıt