Əsas Səhifə > Dünya > “Ermənistanın hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir”

“Ermənistanın hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir”


24-09-2023, 12:38
“Ermənistanın hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir”
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkəsinin hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir.

DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici və daxili təhlükəsizlik alətlərini dəyişdirmək və əlavə etmək lazımdır.

O əlavə edib ki, Ermənistan öz müstəqilliyini qorumaq üçün hər şeyi edəcək: “Biz qarşılıqlı faydalı birgə işə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq etməliyik”.
Geri qayıt