Əsas Səhifə > Dünya > Abdullah Öcalan rəsmən qudurub - Türkiyəni hədələdi
Abdullah Öcalan rəsmən qudurub - Türkiyəni hədələdi14-02-2014, 11:58 |
Türkiyənin kürd etnik azlığından ibarət Barış və Demokratiya Partiyası (BDP) parlamentə etnik azlıqlarla bağlı Barış və Müzakirə Nazirliyinin yaradılmasını təklif edib. Kürd deputatlar həbsdə olan PKK lideri Öcalanın da mart ayında nəzərdə tutulan yerli seçkilərə qədər məsələnin qanuni status alması üçün hökumətdən ciddi addımlar atması kimi tələbini açıqlayıblar. Ərdoğan hökuməti təklifin tələb olunan müddətdə qəbul oluna bilməsini mümkün saymayıb. “Qarşıda bir seçki var, bunu xalqa anlada bilmərik” ,- hökumət BDP-yə mövqeyini izah edib. BDP isə seçkiyə qədər ciddi addım atılmazsa, bu müddətdə önəmli qərarlaşmanın yaşanacağını dövlət və hökumətin görməsi, xalqınsa bu durumu bilməsi bəyanatı səsləndirib. “Əgər AKP addım atmazsa bunun siyasi nəticəsi şəxsi nəticəsindən çox ağır olacaq. Keçmişdə kürd məsələsi həllini tapmayıb, bu günə qədər 50 min insan ölüb, daha 500 min insan da ölsünmü?”, - Öcalan həbsxanadan rəmsi Türkiyəni hədələyib.- Geri qayıt |