Əsas Səhifə > Dünya > Ərdoğandan Fətullah Gülənə sərt ismarıc
Ərdoğandan Fətullah Gülənə sərt ismarıc14-02-2014, 11:38 |
Türkiyə xəbər saytları baş nazir Ərdoğanın “17 dekabr “korrupsiya və rüşvət əməliyyatı”na rəhbərlik edən prokurorlara qarşı məhkəmə iddiası qaldırılacağı barədə bəyanatını yayıb. Ərdoğan bu prokurorları “paralel dövlət”lə birlikdə hərəkət etməkdə ittiham edib. Baş nazir oğlu Bilal Ərdoğanın, həbsdə olan nazirlərin oğullarının, habelə oğlu Bilal Ərdoğanın rəhbərlik etdiyi TÜRGEV şirkətinin də prokurorlara qarşı məhkəmə iddiası qaldıracağını söyləyib. Baş nazir bu əməliyata görə yenə də Gətullah Gülənin başçılıq etdiyi “Xidmət Hərəkatı”nı suçlayıb. “Bunlara qarşı mübarizədən əl çəkməyəcəyik, biz onlara hər cür asanlığı, imkanı yaratdıq, onlar isə bizi arxadan vurdular”, - Ərdoğan “Xidmət Hərəkatı”na münasibət ifadə edib. Adı çəkilən əməliyyat zamanı 4 nazir oğlu, çoxlu sayda iş adamı, bank müdiri həbsə alındı, 4 nazirin korrupsiya və rüşəvətdə iştirakı əksini tapdı və onlar vəzifələrndən istefa verməli oldular. Bundan sonra Ərdoğan hökuməti ölkədəki prokuror, pilis müdirləri və hakimlərin yerlərini kütləvi şəkildə dyişdirmək kimi tədbirə əl atdı. Bununla yanaşı baş nazir bütün baş verənlərə görə Türkiyənin ünlü din xadimi F.Gülənin rəhbəri olduğu “Xidmət Hərəkatı”nı suçladı, hətta ona “dərin dövlət damğası” vurdu. Adı çəkilən əməliyyatda Ərdoğaının oğlu B.Ərdoğanın da adı keçirdi, amma baş nazir səlahiyyətlərindən istifadə edərək oğlunun həbsinin qarşısını aldı. Geri qayıt |