Əsas Səhifə > Dünya > İtaliya hökumətinin başçısı istefaya məcbur oldu

İtaliya hökumətinin başçısı istefaya məcbur oldu


14-02-2014, 11:00
İtaliya hökumətinin başçısı istefaya məcbur oldu
İtaliya hökumətinin başçısı Enriko Letta istefa verib. “Media forum” saytı bildirir ki, istefa hakim koalisiyanın əsas qüvvəsi olan Demokrat Partiyasının təzyiqlərinin nəticəsidir. Enriko Lettanın da üzv olduğu Demokrat Partiyasının lideri Matteo Rentsi baş nazirin istefaya getməsini təklif edirdi. Fevralın 13-də partiya liderin təklifini səsə qoyaraq qəbul edib. Bundan sonra Enriko Letta istefaya razılaşıb.

Enriko Letta baş nazir postunu ötən ilin aprel ayından tuturdu.

Yeni hökuməti Matteo Rentsinin quracağı gözlənir. Hazırda o Florensiya şəhərinin meridir.

Geri qayıt