Əsas Səhifə > Dünya > Lukaşenko BAX, BU QƏDƏR MÜSTƏQİLDİR...

Lukaşenko BAX, BU QƏDƏR MÜSTƏQİLDİR...


12-08-2023, 16:31
Lukaşenko BAX, BU QƏDƏR MÜSTƏQİLDİR...
Belarus prezidenti Aleksandr Lukaşenko hər nə qədər Rusiyadan asılı olsa da, ara-sıra Kremldəkilərdən fərqli olduğunu göstərməyə çalışır. Misal üçün Lukaşenko ölkənin baş naziri Roman Qolovçenkoya Polşa ilə dialoq qurmaq üçün əlaqə saxlamağı tapşırıb. Belarus prezidenti polyaklarla danışmaq lazım olduğunu belə izah edib: “Polşa ilə münasibətləri qaydaya salmaq istəyirik. Qonşuları seçmək olmur, onlar Tanrının qismətidir”. Lukaşenko reallığı anlayarkən, Kremldəkilər Polşanı hədələməkdən təhqirə keçiblər. Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Polşa prezidenti Anjey Dudanı təhqir edib. Polşa prezidentinin Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini tənqid etməsinə Medvedev bu şəkildə cavab verib: “Kiyevdəkilərin qardaşları və müttəfiqləri heyvandırlar”. Əslində bu təhqiramiz ifadə Polşa ilə yanaşı Ukraynanı müttəfiq sayan bütün ölkələrə “ünvanlanıb”.


Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt