Əsas Səhifə > Dünya > Mənzilində faşist bayrağı asan gənc həbs olundu

Mənzilində faşist bayrağı asan gənc həbs olundu


10-02-2014, 09:36
Mənzilində faşist bayrağı asan gənc həbs olundu
Son vaxtlar bəzi ölkələrdə olduğu kimi, Fransada da gənclər sağ ekstremistlərin təsiri altına düşərək faşizm ideyaları ilə yaşayır, onların simvollarını təbliğ edirlər. Fransanın Almaniya ilə həmsərhəd olan Alzas regionunun Ba-Reyn departamentində 20 yaşlı gənc fransız alman faşistlərinin bayrağını yaşadığı mənzilin küçəyə açılan pəncərəsindən asıb.

Onun bu hərəkəti yerli sakinlərin qəzəbinə səbəb olub. Sakinlərin şikayəti əsasında polis həmin gənci həbs edib.

Musheim şəhər məhkəməsi gənci 80 sutka azadlıqdan məhrum edib.

Yerli prokurorluq nümayəndəsi, sağ ekstremist qüvvələrin gənclər arasında faşizm ideyalarını təbliğ etdiyini deyib. Gənc fransızların bir çoxunun onların təsiri altında düşmələrindən narahatlığını ifadə edən həmin şəxs bildirib ki, bunun qarşısı alınmasa, cəmiyyət gələcəkdə daha ağır nəticələrlə üzləşəcək.

Geri qayıt