Əsas Səhifə > Dünya > Qazaxstan ordusu GÜCLƏNMƏ YOLUNDA...

Qazaxstan ordusu GÜCLƏNMƏ YOLUNDA...


18-07-2023, 10:44
Qazaxstan ordusu GÜCLƏNMƏ YOLUNDA...
DİA.AZ: - "Qazaxıstan Türkiyənin "Otokar" şirkətindən 4,4 milyard dollar dəyərində 834 ədəd ARMA Zirehli Döyüş Maşını tədarük etməyi planlaşdırır". DİA.AZ bildirir ki, bu barədə "Orda" nəşri məlumat yayıb.

Xəbərə görə, təchizat Türkiyə müdafiə sənayesinin bir müqavilə ilə ən böyük ixracatı ola bilər. Qazaxıstanın "Otokar" tərəfindən hazırlanmış TULPAR və ARMA tipli zirehli döyüş maşınlarını təxminən bir il müxtəlif şərtlər altında sınaqdan keçirdiyi məlumdur. Test edilmiş ARMA konfiqurasiyası ASELSAN tərəfindən hazırlanmış NEFER qülləsinə malik ARMA 8×8-dir. Bununla belə, Rusiya istehsalı olan 2K23 qülləsi inteqrasiya olunmuş TULPAR və ARMA avtomobilləri Qazaxıstanda da sınaqdan keçirilib.

ARMA üzərindən inkişaf etdirilən və Birləşmiş Ərəb Əmirlikləri Ordusu tərəfindən RABDAN adı ilə istifadə edilən RABDAN avtomobilləri üçün də 2K23 qülləsi seçilib..

Geri qayıt