Əsas Səhifə > Dünya > Keçmiş nazirlə din xadimi arasında qalmaqal
Keçmiş nazirlə din xadimi arasında qalmaqal6-02-2014, 11:44 |
Gürcüstanın eks-baş baziri Bidzina İvanişvili dini mövzuların toxunulmaz olmadığını deyib. ANS PRESS-in məlumatına görə, eks-baş nazir bunu bütün Gürcüstanın Ppatriarxının süni mayalanma ilə bağlı səsləndirdiyi fikirlərə münasibəti keçirdiyi mətbuat konfransında bildirib. O, din xadimlərinin də səhv etdiyi və onların bu hərəkətlərinin müzakirə mövzusuna çevrilməli olduğunu vurğulayıb. "Mən, Gürcüstanın əhalisinin çox hissəsi kimi ənənələrə və gürcü xalqının tarixinə, pravoslav kilsəsinə, patriarxa hörmət edirəm. Amma biz baryerin öhdəsindən gəlməliyik və dini mözular müzakirə edilməzdir kimi fikirlərdan qaçmalıyıq. Mənim fikrimcə, cəmiyyətdə olduğu kimi kilsədə də problemlər mövcuddur. Övladdan məhrum olan ailələr üçün tibbin yüksək nailiyyətlərindən və surroqat üsuldan istifadə etməyə məcburuq". Qeyd edək ki, Milad müraciətində Gürcüstanın patriarxı II İliya belə demişdi. "Surroqat ana tərəfindən dünyaya gətirilən uşaq böyüyən ailə xoşbəxt ola bilərmi? Bu onun yetkinlik yaşında təsirsiz ötüşməyəcək. Süni mayalandırma ilə doğulan uşaqlar da problemli olacaqlar. Onların həyatı çox sayda embrionun məhvi ilə inkişaf etdirilib". Geri qayıt |