Əsas Səhifə > Dünya > Bu da fransızların Ukraynaya 'hədiyyə'si...

Bu da fransızların Ukraynaya 'hədiyyə'si...


3-07-2023, 06:13
Bu da fransızların Ukraynaya 'hədiyyə'si...
DİA.AZ: - Fransanın Ukraynaya "üstü bəzək, altı təzək" hədiyyəsi - AMX-10 RC tipli yüngül tanklar

Fransanın Ukraynaya verdiyi AMX-10 RC tipli yüngül tanklar hücum üçün yararlı deyil. Ondan ən yaxşı halda, kəşfiyyat və atəş dəstəyi məqsədi ilə istifadə etmək olar.

DİA.AZ bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin 37-ci dəniz piyada briqadasının “Spartalı” ləqəbli batalyonunun komandiri AFP-yə müsahibəsində belə deyib.

O, bildirib ki, bir neçə gün bundan əvvəl Ukrayna hərbçilərinin istifadə etdiyi bu tankın yanında 152 mm-lik artilleriya mərmisi partlayıb. Qəlpələr tankı deşik-deşik edib. Takın bütün ekipajı həlak olub.

"Silahlar yaxşıdır, müşahidə cihazları silahlarından da yaxşıdır. Amma təəssüf ki, zireh nazikdir və onlardan cəbhə xəttində istifadə etmək məqsədəuyğun deyil", - ukraynalı komandir açıqlamasında bildirib.
Geri qayıt