Əsas Səhifə > Dünya > ABŞ Priqojini NİYƏ SATDI?

ABŞ Priqojini NİYƏ SATDI?


29-06-2023, 07:26
ABŞ Priqojini NİYƏ SATDI?
Belə anlaşılır ki, Vaqner qiyamı barədə məlumatları Rusiyaya ABŞ kəşfiyyatı ötürüb. Nəticədə Rusiya əslində bu qiyama hazır olub, ilk öncə Surovikini ələ keçirib. "Qiyamət general" ləqəbi ilə tanınan Surovikini qiyamın əleyhinə danışdırıb və onun videosunu yayıb. Bu video yayıldıqdan sonra Priqojin də qiyamın heç bir nəticə verməyəcəyini, onu dəstəkləyə biləcək generalların ələ keçirildiyini anlayıb və qiyamı yarıda kəsib.

Surovikinin həbsi rəsmən təsdiqlənməsə də, ötən şənbə günündən onun yağlı əppək olub ərşə çəkildiyini rus mənbələri də təsdiqləyirlər. Mümkündür ki, general həqiqətən də Lefortovoda istintaq altında olsun.

ABŞ-ı bu "satqınçılıq"dakı məqsədini anlamaq olar. Vaşınqtondakılar bir daşla iki quş vurublar. Bir həmlə ilə Rusiyanın həm ən yaxşı döyüşçülərini, həm də Priqojin və Surovikin kimi "qiyamət generallarını" sıradan çıxarmaq az iş deyil. Bu hadisələrin getdikcə dərinləşməsi rus ordusunda ciddi mənəvi çöküşə səbəb olacaq və əsgərlərin müqavimət gücü, döyüş motivasiyası azalacaq. Ən əsası isə hərbi rəhbərlik arasına şübhə toxumu səpiləcək. Təbii ki, bu cür güvənsizlik ortamında döyüşmək mümkün deyil

Mənim ən maraqlı gözləntim Vaqner dəstəsinin çeçen yaraqlıları ilə əvəz olunmasıdır. Bu vaxta qədər arxa cəbhələrdə üzəngi parıldadan Kadırov və dəstəsi Vaqnerin döyüşlərdən çəkilməsindən sonra ön cəbhəyə sürüləcək əsas fiqurlardan ola bilər. Ön cəbhədə döyüşmək isə tik-tok-da video paylaşmaq qədər asan deyil. Vaqner döyüşlərdə hər gün 100-lərlə döyüşçü itirirdi. Kadırov bu vəzifənin öhdəsindən gələ biləcəkmi? İnanmıram. İndi hələ duza getməsinə baxmayaraq.

Heydər Oğuz - DİA.AZ
Geri qayıt