Əsas Səhifə > Dünya > Kremlin MUZDLU demaqoqları HARDA ÖLÜBLƏR?

Kremlin MUZDLU demaqoqları HARDA ÖLÜBLƏR?


29-06-2023, 06:54
Kremlin MUZDLU demaqoqları HARDA ÖLÜBLƏR?
Türkiyə 2015-ci ildə Suriya istiqamətində sərhədi pozan Rusiya hərbi təyyarəsini vuranda Kreml Ankaraya qarşı şirə dönmüşdü. Rusiyalı rəsmilər, deputatlar və Kremlə bağlı televiziya kanallarındakı müzakirələrdə Türkiyənin ünvanına daha nələr demədilər, “boğazları ələ keçirmək lazımdır”, “Ankaraya zərbə vurmaq lazımdır”, “türkiyəli diplomatları Moskvada girov saxlamaq lazımdır” və s. Rusiya televiziya kanalları ölən iki pilot haqqında günlərlə reportajlar yayımlayır, ailə üzvlərindən müsahibələr alırdılar, ölümlərindən sonra medallarla təltif olundular. Türkiyə Rusiyanın sərhədi pozan bircə təyyarəsini vurmuşdu, Priqojinin muzdluları isə bir günlük qiyamda ölkəsinin bir hərbi təyyarəsini, 3 helikopterini havada vurublar, onlarla peşəkar pilot və hərbçi həlak olub. Rusiyanın televiziya kanallarında muzdluların öldürdükləri pilotlar barədə bircə reportaj izləmədim, Türkiyə məsələsində şirə dönənlər hazırki halda susmağa üstünlük verirlər.

İlahə Həsənli - DİA.AZ
Geri qayıt