Əsas Səhifə > Dünya > Cənab aşbaz, sən Moskvaya gələ bilmədin... amma Putin sənin arxanca gələcək...

Cənab aşbaz, sən Moskvaya gələ bilmədin... amma Putin sənin arxanca gələcək...


26-06-2023, 02:23
Cənab aşbaz, sən Moskvaya gələ bilmədin... amma Putin sənin arxanca gələcək...
Kreml sahibi Vladimir Putin qisasçıdır, düşmənlərini bağışlamır, keçmiş xəfiyyələr Litvinenkonun, Skripalın Londonda zəhərlənmələri, oliqarx Berezovskinin eyni şəhərdə müəammalı ölümü buna sübutdur. Priqojin Putinin imicinə daha ağır zərbə vurub. Kreml sahibi onu öldürməyənə qədər sakitləşməyəcək. Kreml sahibi Priqojinin Rusiyanın iki şəhərini döyüşsüz təslim almasını, “Moskvaya gəlirəm” hədəsini səsləndirməsini, “Vaqner”in onlarla pilotun ölümüylə nəticələnən bir təyyarə, bir neçə helikopteri havada vurmasını unutmayacaq. Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojini əfv etsə də, bu müvəqqəti xarakter daşıyacaq, killerlər ya yoldadır, ya da hazırlaşmaq əmrini alıblar.

Elxan Şahinoğlu - DİA.AZ
Geri qayıt