Əsas Səhifə > Dünya > Putinin tərəfdarı nə dedi...

Putinin tərəfdarı nə dedi...


25-06-2023, 07:26
Putinin tərəfdarı nə dedi...
DİA.AZ: - Rusiya kritik bir dönəmi geridə qoydu. Gərginlik geridəmi qaldı, yoxsa vəziyyət daha da pisləşəcək... bunu zaman göstərəcək. Amma fakt budur ki, "Vaqner" qiyamı Rusiyanı xeyli yıpratdı. Biz isə dia.az olaraq olaya iki fərqli baxışı təqdim edirik.

Ramzan Kadırov Priqojin haqqında: “Mən düşünürdüm ki, bəzi insanlara etibar etmək olar. Onların Vətənini əsl vətənpərvər kimi iliklərinə qədər ürəkdən sevmələrini düşünürdüm. Ancaq məlum oldu ki, şəxsi ambisiyalar, mənfəət naminə və təkəbbür ucbatından insanlar Vətənə nifrət də edə bilərlər".

ABŞ-da yaşayan 83 yaşlı məşhur rus politoloq və publisist Andrey Piontkovski: "Putin onun həyatını xilas etmək üçün dövlət çevrilişinin qarşısını alarkən həlak olmuş 6 hərbi pilotun ölümünü Priqojini bağışladı. O, Baş Prokurorluğun qərarını ləğv etdi. Artıq heç kimin anlamadığı məqsədlər üçün ölməyə göndərdiyi dövləti ordu qarşısında məğlub vəziyyətə saldı. Beləcə, ömrünü qısa müddətə uzatdı".

Hər halda bu iki fikir real mənzərənin ortaya çıxması üçün yetərincə təsəvvür imkanı yaradır...

DİA.AZ

Geri qayıt