Əsas Səhifə > Dünya > İsrailli əsgərlər səhvən öz ordularının zabitini güllələyiblər

İsrailli əsgərlər səhvən öz ordularının zabitini güllələyiblər


4-02-2014, 11:01
İsrailli əsgərlər səhvən öz ordularının zabitini güllələyiblər
Bazar ertəsi axşam İsrail ordusunun zabiti Qəzza sektoru ilə sərhəddə yəhudi əsgərlər tərəfindən açılan atəş nəticəsində həlak olub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər yayıb.
Zabit Qəzza sektorunu ayıran təhlükəsizlik divarı yaxınlığında keçirilən əməliyyatda iştirak edirmiş. O, öz əsgərləri tərəfindən açılan atəş altında həlak olub.
Hadisə ilə bağlı təhqiqata başlanılıb.

Geri qayıt