Əsas Səhifə > Dünya > Bu, Putinin bəhanələridir...

Bu, Putinin bəhanələridir...


14-06-2023, 06:25
Bu, Putinin bəhanələridir...
Kreml sahibi Vladimir Putin Rusiyanın “taxıl sazişi”ndən çıxmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu saziş Rusiyanın maraqlarına cavab vermir. “Bizi növbəti dəfə aldatdılar” - deyən Putin Rusiya taxılının tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülmədiyini iddia edib. Putin Ukraynanın hərbi məqsədlərlə “taxıl sazişi”nin dəhlizlərindən Rusiyaya qarşı istifadə etdiyini də vurğulayıb.

Bu, Putinin bəhanələridir. Kreml sahibini narahat edən Ukraynanın öz taxılını satıb maliyyə qazana bilməsidir. Rusiya prezidenti bunun qarşısını almağa çalışır. O ki qaldı Rusiyanın taxıl sata bilməməsinə, bu sanksiyalarla əlaqəlidir. Sığortası olmayan gəmilər yük daşıya bilmirlər. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanskiyaların tətbiqi gəmilərin bu ölkədən yük daşımasını əngəlləyir. Putinin “taxıl sazişindən” çıxmaq istəyi bu məsələdə əsas vasitəçi olan Türkiyənin maraqlarına cavab vermir. Ona görə də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Putini sazişdən çıxmamağa inandırmağa çalışacaq. Putin bunun qarşılığında Rusiya taxılının dünya bazarlarına çıxarılması təminatını almaq istəyəcək.

Azər Fikrətoğlu - DİA.AZ
Geri qayıt