Əsas Səhifə > Dünya > Ukraynadakı savaş Quzey Qafqaza SIÇRAYA BİLƏR...

Ukraynadakı savaş Quzey Qafqaza SIÇRAYA BİLƏR...


9-06-2023, 17:25
Ukraynadakı savaş Quzey Qafqaza SIÇRAYA BİLƏR...
Ukrayna Silahlı Qüvvələri son sutkada Donetsk vilayəti istiqamətində Çeçenistanın Respublikasının başçısı Ramzan Kadırovun 56 döyüşçüsünü zərərsizləşdirib. Bu bilirsiz nə deməkdir? Ukrayna müharibəsinin bu şəkildə davam etməsi yaxın gələcəkdə Şimali Qafqazı qarışdıracaq. Çeçenlər kimin və nəyin naminə özlərinə aid olmayan işğalçı müharibədə həlak olurlar? Məhz bu sualın aktuallığına görə dağıstanlılar övladlarını Ukrayna müharibəsinə göndərməkdən imtina edirdilər. Eyni sual çeçenlərin də beynində dolaşmaqdadır. Ramzan Kadırov dostu və şefi Kreml sahibi Vladimir Putinə sədaqətini göstərmək üçün çeçenləri Ukraynada ölümə göndərir. Çeçenlərin sayı ruslar qədər deyil ki, gündə 50 və ya 100 gəncini müharibədə itirmək lüksünə malik olsun. Bunun hesabı da bir müddətdən sonra soruşulacaq. Ukrayna müharibəsinin davamı Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək, birinci başlayan yenə Şimali Qafqazdakı xalqlar olacaq.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt