Əsas Səhifə > Dünya > Saakaşvilidən Kliçkoya dəstək gəldi

Saakaşvilidən Kliçkoya dəstək gəldi


3-02-2014, 12:47
Saakaşvilidən Kliçkoya dəstək gəldi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Münhen sammitində Ukraynanın müxalif liderlərilə görüşüb.

Hafta.az xəbər verir ki, Saakaşvili bu barədə facebook səhifəsində yazıb. Keçmiş prezident Ukraynanın müxalif liderlərilə bağlı fikirlərini qeyd edib. “UDAR” partiyasının sədri Kliçkonun Ukraynaya layiq lider olduğunu yazıb :

“9 ildir Münhen konfransında iştirak edirəm. İndiyə kimi məni ən çox ruhlandıran çıxış Kliçkonun nitqi oldu. O, alman dilində çox gözəl, lakonik danışır, suallara isə ingilis dilində səlis cavab verir. Onun nitqi çox təbii və məntiqli idi. O, həqiqi liderdir”.

Saakaşvili eyni zamanda sammitlərdə əməkdaşlıq etdiyi Ukrayna müxalif liderləri Arseniy Yatsenyuk və vaxtilə Kiyev universitetində bir yerdə təhsil aldığı Petya Poroşenkonun bütün çətinlikləri cəsarətlə həll etməyə hazır olduqlarını yazıb:

“Mən Ukraynanın və regionun gələcəyi ilə bağlı optimist düşünürəm. Ukraynanın gələcəyi əmin əllərdədi”.

Geri qayıt