Əsas Səhifə > Dünya > Nəhayət bir məsələdə İsraillə Fələstinin sözü düz gəlib
Nəhayət bir məsələdə İsraillə Fələstinin sözü düz gəlib3-02-2014, 11:05 |
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas İsraillə sülh razılaşması ilə bu dövlətin qoşunlarının İordan çayının Qərb sahillərindən çıxarılması arasındakı keçid müddətinin üç il deyil, beş il çəkməsinə razılıq verib. SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ötən gün Fələstin liderinin müsahibəsini dərc etdirən “The New York Times” qəzeti yazıb. Xatırladaq ki, M.Abbas bu il yanvarın sonunda Tel-Əviv universitetinin Milli təhlükəsizlik üzrə tədqiqat institutunun konfrans iştirakçılarına müraciətində sözügedən müddətin üç ildən artıq davam etməməli olduğunu bəyan edib. Belə ki, bundan əvvəl İsrail tərəfi bu müddətin 10-15 il arasında olmasında israr edirdi. “Fələstinlilər üçüncü tərəfin, məsələn NATO qoşunlarının ABŞ-ın rəhbərliyi ilə gələcək Fələstin dövlətinin sərhədlərinə nəzarət etməsini istəyir. Üçüncü tərəf israilliləri sakitləşdirmək və bizi müdafiə etmək üçün ərazimizdə qala bilər. İsraillilər özlərini təhlükəsizlikdə hiss etməsələr, Fələstin tərəfi öz təhlükəsizliyinin təminatı ilə bağlı illüziyalar yürütməz.”, - M.Abbas müsahibədə deyib. Fələstin lideri, həmçinin bildirib ki, 2013-cü ilin iyulundan etibarən davam edən danışıqlarda uğur əldə etmək mümkün olarsa, onlar üçün təyin edilmiş doqquz aydan sonra da danışıqları davam etdirməyə hazırdır: “Təyin edilmiş 29 aprel tarixi müqəddəs gün deyil. Əgər doqquz ayın sonunda bir çox məsələlərdə ortaq məxrəcə gəlsək, danışıqları dayandırmayacağam. Lakin əgər bu müddətdən sonra üfüqdə müsbət parıltı olmazsa, danışıqlarda iştirakı dayandıracağıq.” Geri qayıt |