Əsas Səhifə > Dünya > Ərdoğanı dəstəkləmək hara... PKK-nı dəstəkləmək hara...

Ərdoğanı dəstəkləmək hara... PKK-nı dəstəkləmək hara...


30-05-2023, 05:31
Ərdoğanı dəstəkləmək hara... PKK-nı dəstəkləmək hara...
Verdikləri proqnozları təzək iyi verən, təbliğatla analitikaya tüpürən, lakin özünü hələ də siyasi şərhçi kimi görən deyir ki, Ərdoğanı dəstəkləyən cümhuriyyətçi ola bilməz. Heç dəxli var.

Bir az utanc hissi lazımdır, bu qədər yalandan, vedrə-vedrə propaqanda ilə püləməkdən sonra heç olmasa eyibini örtmək üçün sosial şəbəkələrdə inzivaya çəkilmək əvəzinə indi də həyasızlıq edərcəsinə mənasız müqayisə aparırlar.

Özü də bunu elə adam deyir ki, özü PKK-nın siyasi qolu HDP-nin lideri Selahettin Demirtaş haqqında yekə bir mədhiyyə yazmışdı.

PKK-nın siyasətdəki qolunu dəstəkləmək cümhuriyyətçilik olur, amma Ərdoğanı dəstəkləmək yox?

Məntiqinə Soros quzu kəssin...

Aqşin Kərimov - DİA.AZ
Geri qayıt