Əsas Səhifə > Dünya > Hava və su kimi lazım olan QƏLƏBƏ...

Hava və su kimi lazım olan QƏLƏBƏ...


29-05-2023, 14:46
Hava və su kimi lazım olan QƏLƏBƏ...
Sayın Ərdoğanın qələbəsi Azərbaycan üçün nə deməkdir?

1) Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi daha çox rəsmi Bakının şərtləri daxilində imzalanacaq.
2) Qarabağ ermənilərinə heç bir muxtariyyət verilməyəcək.
3) Zəngəzur dəhlizi açılacaq.
4) Türk Dünyasında inteqrasiya prosesi sürətlənəcək.
5) İlham Əliyev iqtidarı daha da möhkəmlənəcək.
6) Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi birlik daha da dərinləşəcək.
7) Azərbaycan öz dövlət maraqlarının müdafiəsi üçün Ermənistan, İran və Rusiyaya qarşı daha kəskin mövqedən çıxış edəcək.
8)Rusiya qoşunları 2025-ci ildə Qarabağdan çıxarılacaq...

Sayın Ərdoğanın qələbəsi Ermənistan üçün nə deməkdir?
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı, Millət İttifaqının tərəfdarı Karo Paylan mayın 14-də prezident seçkisinin ikinci tura keçməsi ilə bağlı demişdi ki, Türkiyədəki ermənilər (Türkiyə vətəndaşları) qorxu içindədir. Artıq bu qorxu Ermənistana da sıçrayıb...

O da bəllidir ki, Nikol Paşinyan məhz Türkiyədəki seçkilərə ümid edərək Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının vaxtını uzadırdı. Ümid edirdi ki, Ərdoğan iqtidardan getdikdən sonra Azərbaycanın mövqeləri ciddi şəkildə zəifləyəcək. Sayın Ərdoğan iqtidardan getsəydi Ermənistan və Ermənistana dəstək verən Qərb, Rusiya və İran birlikdə Azərbaycanın üzərinə yeriyəcəkdi. Şükür ki, belə olmadı...

Elbəyi HƏSƏNLİ - DİA.AZ

Geri qayıt