Əsas Səhifə > Dünya > Türkiyə Güney Qafqazdan ÇIXASI DEYİL...

Türkiyə Güney Qafqazdan ÇIXASI DEYİL...


12-05-2023, 14:44
Türkiyə Güney Qafqazdan ÇIXASI DEYİL...
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşdülər, dövlət katibi Entoni Blinkenin iştirakıyla 4 gün müzakirələr apardılar. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu həftənin sonunda Brüsseldə görüşəcək, 17 gün sonra iyunun 1-də Moldova paytaxtı Kişinyovda Avropa Siyasi İcması toplantısı çərçivəsində müzakirələri davam etdirəcəklər. Bu gedişat ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə işarədir. Əlbəttə, Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sürətləndirmir, ancaq bu iki formatda dialoqun davamı Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyinə işarədir. Cənubi Qafqaz Rusiyanın arxa baxçası olmamalıdır. Türkiyədə köhnə və ya yeni prezident də ölkəsinin Cənubi Qafqazda artan rolundan imtina etməyəcək, Şuşa bəyannaməsi çərçivəsində Azərbaycanla ittifaqı gücləndirmək siyasətinə üstünlük verəcək. Bu Azərbaycanla qardaş bağlılığı ilə yanaşı Türkiyənin milli və təhlükəsizlik maraqlarından da irəli gəlir.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt