Əsas Səhifə > Dünya, Güney Press > "Ölkə əhalisi keçiriləcək yeni seçkilərə hazır olmalıdır"

"Ölkə əhalisi keçiriləcək yeni seçkilərə hazır olmalıdır"


28-01-2014, 11:25
"Ölkə əhalisi keçiriləcək yeni seçkilərə hazır olmalıdır"
Misirdə hökumət rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq naziri Ziyad Bahəddin vəzifəsindən istefa verib. O, sosial mediaya açıqlasında deyib ki, bu ay keçirilən referendumda konstitusiyanın zorla qəbul etdirilməsi "yol xəritəsi"nin əsas prinsiplərinə ziddir.

Ziyad Bahəddin həmçinin bildirib ki, hazırda ölkə əhalisi keçiriləcək yeni prezident və parlament seçkilərinə hazır olmalıdır.

Bu arada Misirin Nazirlər Kabinetinin sözçüsü Hani Salah baş nazir müavininin istefa verməsinə baxmayaraq hökumət rəhbəri Həzim əl-Biblavinin bununla bağlı konkret qərar vermədiyini açıqlayıb.
\\ faktxeber.com \\
Geri qayıt