Əsas Səhifə > Dünya > Müxalifətlə iqtidar anlaşa bilmədi

Müxalifətlə iqtidar anlaşa bilmədi


28-01-2014, 08:48
Müxalifətlə iqtidar anlaşa bilmədi
Ukraynada prezident Viktor Yanukoviç və müxalifətin liderləri arasında razılıq əldə edilə bilməyib.

Paytaxt Kiyevdə hökumət əleyhinə aksiyaların davam etdiyi bildirilib.

Keçən noyabr ayında Avropa İttifaqı ilə ortaqlıq anlaşmasının ləğv edilməsindən sonra etiraz aksiyalarının mərkəzinə çevirilən Müstəqillik meydanı və Qruşevsk küçəsi nümayişlərə səhnə olmaqda davam edir.

Qeyd edək ki, Müstəqillik meydanının çox yaxınlığındakı Ukrayna Evi isə ayın 25-də gecə saatlarında müxalif qruplar tərəfindən işğal edilmişdi. Müxtəlif konqres, sərgi və yarmarkaların təşkil edildiyi Ukrayna Evi, müxalifətin, Həmkarlar Konfederasiyası və Kiyev Bələdiyyə sədrliyi binalarından sonra üçüncü qərargahı sayılır.

Geri qayıt