Əsas Səhifə > Dünya > Dünyanın baş bəlasına çevrilən “Rosatom”

Dünyanın baş bəlasına çevrilən “Rosatom”


20-04-2023, 00:40
Dünyanın baş bəlasına çevrilən “Rosatom”
Ukrayna uzun müddətdir ki, Rusiyanın mülki nüvə sektoruna qarşı sanksiyaların qlobal sanksiyalar paketinin bir hissəsi olmalıdır çağırışı edir. Ukrayna artıq Rusiyanın nüvə enerjisi ilə əlaqəsi olan 200 nəfərə qarşı sanksiya tətbiq edib. Nəhayət, Almaniya Avropa İttifaqına Rusiya Federasiyasının nüvə sənayesinin məhdudlaşdırılması ilə bağlı növbəti paketdə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi təklif etdi.

Bu qərar ilk növbədə ona görə vacibdir ki, Rusiyanın “Rosatom” şirkətinin Zaporojye AES-dəki hərəkətləri ilə bağlı cəzasız qalmasını dayandırmaq lazımdır. “Rosatom”un AES-də gördüyü işlər praktiki olaraq nüvə şantajıdır, bu, MAQATE tərəfindən müəyyən edilmiş nüvə təhlükəsizliyinin bütün əsas sütunlarının pozulmasıdır. Bu cür pozuntulara dair kifayət qədər sübutlar var. “Rosatom”un bir çox nümayəndəsi AES-ə gəldi, amma onlar gizlənmədilər. Bu şirkət AES-i "idarə edir”. Və bu gün ruslar hesab edirlər ki, AES onlara məxsusdur, Moskvadan “idarə olunur”. Yəni söhbət təkcə nüvə şantajından yox, sözün əsl mənasında bütöv bir AES-in oğurlanmasından gedir. Bu, tarixdə görünməmiş hadisədir.

Bundan başqa, bəzi tikililərin tikintisi ilə bağlı ciddi qanun pozuntuları var (orada əslində nə tikildiyini heç kim bilmir).

Faktiki olaraq girov vəziyyətdə olan heyətə də daim təzyiqlər olur. Ruslar bütün Enerqodar şəhərini həbs düşərgəsinə çevirdilər. Orada AES işçiləri və onların ailə üzvlərindən hər cür sui-istifadə edir, onları “Rosatom”la qeyri-qanuni müqavilələr bağlamağa məcbur edir, Ukrayna vətəndaşlığından imtina etdirirlər. AES-in ukraynalı işçilərinə işgəncə verilməsi və öldürülməsi faktları da müəyyən edilib...

Birincisi, belə halların cəzasız qalmaması vacibdir. İkincisi, “Rosatom” üçün beynəlxalq bazarlardan maliyyə axınını azaltmaq lazımdır. Və “Rosatom”u uranın zənginləşdirilməsi və nüvə yanacağının özünün istehsalı üzrə xidmətlər ticarətindəki əsas əlaqələrdən - yanacaq elementləri, yanacaq çubuqlarından çıxarmaq çox vacibdir.

“Rosatom” nüvə yanacaq dövriyyəsində ciddi şəkildə iştirak edir. O və onun dünya üzrə törəmə şirkətləri (360-dan çoxdur) uranın zənginləşdirilməsi bazarının təxminən 40 faizini tutur. 20 faizdən çoxu - nüvə yanacağı istehsalıdır. Qərb ölkələrində istehsal olunan 250 giqavatdan çox elektrik enerjisi bu və ya digər şəkildə Rusiyadan nüvə texnologiyası, nüvə yanacağı və zənginləşdirilmiş uranın tədarükündən asılıdır.

Yəni bu gün nə ABŞ, nə də bir çox Avropa ölkələri, xüsusən də Şərqi Avropa ölkələri nüvə yanacağının zənginləşdirilməsi xidmətlərindən nüvə yanacağını almaqdan imtina etmək iqtidarında deyil. Həqiqətən də, bu cür tədarükləri diversifikasiya etmək üçün vaxt və ciddi investisiyalar lazımdır.

Başa düşmək lazımdır ki, neft və qaz tədarükünün diversifikasiyası ilə nüvə yanacağının şaxələndirilməsi arasında böyük fərq var. Birinci halda yalnız yeni təchizatçılar tapa bilərsiniz. İkinci halda isə uranın istehsalı, zənginləşdirilməsi, nüvə yanacağının istehsalı üçün əlavə qurğular tikmək lazımdır. Bu, bir-iki ildə həll olunası məsələ deyil. Nüvə texnologiyası sahəsində Rusiya tədarükündən uzaqlaşmaq üçün 5-7 il lazımdır.

Uzun müddətdir ki, Qərb tərəfdaşlarımız “Rosatom”a qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır deyildilər (və indi də tam hazır deyillər). Buna baxmayaraq, sanksiya təzyiqinin başlanması ilə bağlı bəyanatlar çox mühüm simvolik əlamətdir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, “Rosatom” çadırlarını nüvə yanacaq dövrü zəncirinə o qədər dərindən salıb ki, bu çadırlardan qurtulmaq çox çətin olacaq. Ona görə də sanksiyalar “Rosatom”un əsas istehsalına tətbiq edilməyəcək.

Müəllif: Vladimir Omelçenko – Ukrayna Razumkov Mərkəzinin enerji proqramlarının direktoru

Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.
Müəllif: Ayna.az
Geri qayıt