Əsas Səhifə > Dünya > İsveçrədə “rusofobiya”

İsveçrədə “rusofobiya”


15-04-2023, 08:07
İsveçrədə “rusofobiya”
Bu həftə qlobal bazar iki xəbərlə silkələndi. Birincisi, “Böyük yeddilik” (G-7) ölkələri rus oliqarxlarının aktivlərini dondurmağa tələsməyən İsveçrəyə irad bildirdilər. Bir neçə gün sonra İsveçrənin UBS və “Credit Suisse” müştərilərinin banklardan zənglər almağa və Rusiya büdcəsinə vergi ödəyəcəkləri təqdirdə hesablarının bağlanacağını elan etmələrinə dair məlumatlar ortaya çıxdı. Bir tərəfdən bu, əvvəlki laqeydlikdən yaxşıdır, amma digər tərəfdən İsveçrə maliyyə orqanlarının davranışı getdikcə daha çox suallar doğurur.

Təəssüf ki, bir faktı deməliyəm: İsveçrə sivil dünyanın Moskvaya qarşı sanksiya sistemində “dəlik” olaraq qalır. Onların yeniliyinin “Rusiya Federasiyasında vergi ödəyən rusların hesablarını bağlamaq” mənasını izah edim. Hesab bağlandıqda onun üzərində olan vəsait adətən başqa hesablara köçürülür. İsveçrə bankları rusların hesablarını bağlayır, bəs nə olacaq? Rusların bütün İsveçrə frankı, avro və ya dollarlarını Çinə, Konqoya və ya Birləşmiş Ərəb Əmirliklərinə köçürmələri üçün? Artıq bu boz yurisdiksiyalarda ABŞ və Aİ səlahiyyətliləri üçün onları izləmək çox çətin olacaq.

Açığı, hesabların bağlanması ilə belə bir addım sanksiya mübarizəsi problemlərini başqa ölkələrin çiyninə yükləmək kimi görünür. İsveçrə frankı uzun müddətdir ki, BVF tərəfindən dünyanın ehtiyat valyutası kimi tanınıb. Dünyanın əksər mərkəzi bankları valyuta ehtiyatlarının bir hissəsini orada saxlayır və bu, investorlar arasında da populyardır. G-7-nin şərhlərinə cavab olaraq isveçrəlilərin bu cür hərəkətləri həm təəccüb, həm də müəyyən dərəcədə hiddət doğurur.

Bununla belə, İsveçrə hakimiyyətinin mövqeyi və UBS və “Credit Suisse”dən rus müştərilərinə edilən zənglər problemin yalnız bir hissəsidir. Problemli “Credit Suisse”nin İsveçrənin “United” bankına qoşulmasından sonra söhbət ölkədə yalnız bir (ən böyük də olsa) bankın reaksiyasından gedir. Yəni Vaşinqton və Brüssel üçün UBS-ə təzyiq etmək çox asandır, bəs digər 240 İsveçrə bankına necə? Hesabları bağlayacaqlar?

İsveçrə kifayət qədər mürəkkəb bank sisteminə malikdir. De-fakto, artıq bir beynəlxalq miqyaslı super bank (UBS), 24 regional bank “Aargauische Kantonalbank”, “Banque cantonale de Genève”, “Zürcher Kantonalbank” və başqaları, 39 birja ticarəti ilə məşğul olan “Saxo Bank”, “IG Bank”, “Investec Bank” və başqaları, 59 regional əmanət banklar və “CIM Bank”, “Dukascopy Bank” və s. kimi bir çox özəl banklar, həmçinin regional iri banklar “Raiffeisen Switzerland” və “Zurich cantonal Bank” var.

Bəzi İsveçrə bankları heç də klassik bank depozitinə bənzəməyən surroqat sərvət idarəetmə məhsulları təklif edir. Bank müştərinin pulunu ancaq onun göstərişi ilə idarə edir və bankın müstəqillik səviyyəsini trast müqaviləsi ilə ölçmək olar. Pul isə İsveçrə bankının ölkədən kənardakı filialındadır. İsveçrə banklarının ölkədən kənarda 148 filialı və bir çox törəmə müəssisələri var. Məsələn, Rusiya Federasiyasında UBS-in özündə hələ də “UbyS Bank” MMC-nin törəmə bankı var.

Həddindən artıq mürəkkəb bank sistemi və daha da mürəkkəb bank məhsulları Rusiya Federasiyasından olan şəxslərə sanksiyalardan yayınmağa imkan verir. Buna görə də, İsveçrə tənzimləyicisinin müdaxiləsi olmadan tam hüquqlu anti-Rusiya sanksiyaları rejimi yalnız G-7-nin təzyiqi ilə işə salına bilməz.

İsveçrə “rusofobiyası”nın səviyyəsinin yetərsiz olması Ukrayna üçün ağırılıdır. Sanksiyaların təsirli düsturu: əgər sizin Rusiya pasportunuz və ya Rusiya Federasiyasında biznesiniz varsa - Rusiyadan kənarda olan vəsaitlər son sanksiya ləğv olunana qədər dondurulmalı və istintaq Rusiya pasportunun sahibinin Ukraynanın xeyrinə müsadirə edilməlidir.

Sadə bir düstur lazımdır: (1) aktivlərin dondurulması - (2) hansı aktivlərin müsadirə edilməli olduğu ilə bağlı xüsusi qanunun qəbul edilməsi - (3) xüsusi qanunun təsirinə düşən şəxslərdən aktivlərin Ukraynanın xeyrinə müsadirə edilməsi. Belə bir sxem ABŞ və Kanadada istifadəyə verilib və o, artıq ilk nəticələrini verməkdədir. Aİ ölkələri aktivlərin müsadirəsi üçün hələ də heç bir normativ bazanın və dondurulmuş aktivlər haqqında məlumatların toplanması sisteminin olmadığı ikinci mərhələdə ilişib qalıb. İsveçrənin hakimiyyət orqanları, görünür ki, bu yolla getməmək və Moskvaya qarşı mübarizəni başqa ölkələrə keçirmək qərarına gəliblər.

Müəllif: Vitali Şapran - Ukrayna Maliyyə Analitikləri Cəmiyyətinin üzvü
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.

Geri qayıt