Əsas Səhifə > Dünya > Rusiyanın növbəti prezidenti qadın ola bilər?

Rusiyanın növbəti prezidenti qadın ola bilər?


1-04-2023, 07:00
Rusiyanın növbəti prezidenti qadın ola bilər?
Rusiya Federasiyası Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürmüş Vladimir Jirinovski ölümündən bir qədər əvvəl Vladimir Putin yerinə gələcək şəxsin adını açıqlayıb. Bu barədə “sportkp.ru” saytı xəbər yayıb. Sayt bildirir ki, Vladimir Jirinovskinin söylədiyi bir çox siyasi proqnozlar özünü doğruldub.

“Jirinovski Rusiyanın növbəti prezidentinin qadın ola biləcəyinə inanırdı. Hətta həmin qadının adını da çəkmişdi. O, Orenburqdan olan siyasətçi, altıncı çağırış Dövlət Dumasının deputatı seçilmiş Yelena Afanasyevadır".

Yeri gəlmişkən, 1975-ci ildən doğulan Afanasyeva tarix elmləri namizədidir və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, həm də 1998-ci ildən Rusiya Liberal-Demokrat Partiyasının Orenburq bölgəsi üzrə rəhbəridir.

“Bu iş mənə təklif olunubsa, deməli məndə potensial görürlər. İnanıram ki, prezident kimi ölkəmə, həmvətənlərimə çox şey verə bilərəm. Düşünürəm ki, kifayət qədər gücüm var və prezident kimi mənə kömək edə biləcək komanda toplaya biləcəyəm”, - deyə xanım Afanasyeva özü Jirinovskinin təklifinə reaksiya verib.
Rusiya-Ukrayna müharibəsinə dəstək verdiyinə görə Yelena Afanasyevanın ABŞ və Avropa İttifaqına girişi qadağan edilib. Bu həm də o deməkdir ki, bu xanım Rusiyanın növbəti prezidenti olsa, Qərblə Rusiya arasındakı münasibətlər düşmənçilik müstəvisindən kənara çıxa bilməyəcək...

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.

Elbəyi HƏSƏNLİ - DİA.AZ
Geri qayıt