Əsas Səhifə > Dünya > Türkiyə müxalifəti NƏ EDƏCƏK?

Türkiyə müxalifəti NƏ EDƏCƏK?


3-03-2023, 08:23
Türkiyə müxalifəti NƏ EDƏCƏK?
"Altılı masa" prezident seçkilərində vahid namizədlə çıxış edəcək.
Bəs vahid namizəd kim olacaq?
Görünən:
Masada geniş kütləyə xitab etmək bacarığı olan İyi Partiya başqanı Meral Akşener CHP lideri Kemal Kılıçdaroğlunun namizədliyinə qarşıdır.
Böyük ehtimal ki, Mansur Yavaş və Əkrəm İmamoğlu üzərində dayanılacaq. Meral Akşener isə özünün namizəd olmasına can atır.
Digər yerdə qalanların isə liderlik keyfiyyətləri aşağıdır.
Bu arada:
Bundan əvvəlki prezident seçkilərində də müxalifət vahid namizədlə çıxış edib:
Ekmeleddin İhsanoğlu olduqca uğursuz idi,
Muharrem İnce ise alternativ qüvvə və liderlik bacarıqlarına malik şəxs.
Lakin hər ikisində də vahid namizəd ideyası məğlubiyyətlə nəticələndi.
Yəqin ki, "altılı masa" seçki texnologiyasını da yeniləyəcək.

Aqşin Kərimov - DİA.AZ

Geri qayıt