Əsas Səhifə > Dünya > Rza Zərrab və nazirlərin oğlanları zaminə buraxılmadı

Rza Zərrab və nazirlərin oğlanları zaminə buraxılmadı


21-01-2014, 08:38
Rza Zərrab və nazirlərin oğlanları zaminə buraxılmadı
Dekabrın 17-də İstanbulda keçirilən korrupsiya əməliyyatı nəticəsində tutulan iki şübhəlinin zaminə buraxılması haqqında qərar qəbul edilib. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qalan 12 nəfərlə bağlı həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Zaminə buraxılanlar Muacat Qorxmaz və Əmir Əmiroğludur. 12 nəfərin arasında eyni ittihamla tutulan keçmiş nazirlərin oğlanları -Barış Gülər, Kaan Çağlayan, «Halkbankası»-nın baş direktoru Süleyman Aslan və iş Adamı Rza Zərrab da var. Məhkəmə onlar barəsində isə həbs qərarını qüvvədə saxlayıb.

Geri qayıt