Əsas Səhifə > Dünya > Kiyevdə baş vermiş toqquşmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb

Kiyevdə baş vermiş toqquşmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb


20-01-2014, 11:47
 Kiyevdə baş vermiş toqquşmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb
Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" stadionunun yanındakı Qruşevski küçəsində "Berkut" xüsusi təyinatlıları və daxili qoşunlarınəsgərləri ilə nümayişçilər arasında toqquşmalar 16 saatdan artıqdır ki, davam edir. Hər iki tərəfdən yaralananların sayı artıq yüzü keçib, nümayişçilər dörd milis avtobusunu və iki yük avtomobilini yandırıblar. Bu barədə İTAR-TASS xəbər verir.
Etirazçıların sayı xeyli azalıb. Hazırda onlar iki minə yaxındırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Qruşevski küçəsinin yuxarısı hissəsində və Ali Radanın yanındakı Mariinsk parkında bir neçə sədd quraraq dayanıblar.
Mitinqçilər "Berkut"un hücumundan qorunmaq üçün park yoluna aparan Petrovsk xiyabanında barrikada qurublar. Onlar mütəmadi olaraq həmlələr təşkil edərək milislərə daş atırlar. Öz növbəsində asayiş keşikçiləri onlara işıq-səs qumbaraları ilə cavab verirlər.

Geri qayıt