Əsas Səhifə > Dünya > İranın `qırmızı xətti`ndə avropalılar meydan sulayır...

İranın `qırmızı xətti`ndə avropalılar meydan sulayır...


21-02-2023, 11:58
İranın `qırmızı xətti`ndə avropalılar meydan sulayır...
Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir. Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır.
Rusiya bu qədər etiraz edərkən, İrandan səs çıxmır, qardaşı Ermənistana xəbərdarlıq etmir. Bu Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa İttifaqının hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt