Əsas Səhifə > Dünya > Qılıncdaroğlunun Türkiyəsi...

Qılıncdaroğlunun Türkiyəsi...


17-02-2023, 08:07
Qılıncdaroğlunun Türkiyəsi...
Türkiyədə Azərbaycan bayraqları zibil qutusuna atılırdı, özü də kütləvi şəkildə...

Bəzi dostlarımız deyir ki, ha Kamal Qılıncdaroğlu oldu, ha Tayyib Ərdoğan oldu. Azərbaycan üçün nə fərqi var ki? Azərbaycanla Türkiyənin münasibətlərini kimsə poza bilməz. Yanlış düşüncədir. Bir-iki faktı deyim.
2009-cu ildə Türkiyənin Bursa şəhərində futbol matçı keçirildi. Türkiyənin o zamakı prezidenti Abdulla Gül və Ermənistanın dövlət başçısı Serj Sarkisyan stadiona birlikdə daxil oldu. Türkiyə və Ermənistan komandalarının görüşü başladı. “Futbol diplomatiyası” start götürdü.
O matç zamanı Türkiyə polisi Abdulla Gül və Serj Sarkisyanın gözüzü qarşısında stadiona gətirilən Azərbaycan bayraqlarını yığıb zibil qutularına atdı. İnternetdə fotoları var, açıb baxa bilərsiz.
Buna cavab olaraq Dağüstü Parkdakı məscid qapadıldı və türk şəhidliyinin ətrafındakı Türkiyə bayraqları yığışdırıldı.
2008-2010-ci illərdə Ankara ilə Bakı arasında gərginliyə səbəb olmuş Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması layihəsinin “ideya ataları” sayılan Ahmet Davutoğlu ilə Ali Babacan indi “Altılı masa”da təmsil olunmurmu? “Sürix Protokolu” (2009-cu il) yadınızdan çıxıbmı?
Onların namizədi seçkidə qələbə qazanarsa, Türkiyə-Azərbaycan əlaqələrini hansı perspektiv gözləyir? Bəli, CHP deyir ki, AKP-nin yeritdiyi siyasətdən narazıyıq, ancaq Azərbaycanla bağlı siyasətinə müsbət baxırıq. Mən onlara inanmıram. Abdullah Gül, Ahmet Davutoğlu və Ali Babacan olan yerdə Türkiyə-Azərbaycan dostluğundan yox, Türkiyə-Ermənistan dostluğundan danışmaq lazımdır...

Elbəyi Həsənli - DİA.AZ

Geri qayıt