Əsas Səhifə > Dünya > Supergüc kimdir?

Supergüc kimdir?


16-02-2023, 08:04
Supergüc kimdir?
Müzakirələrdə supergüc kriteriyaları ilə bağlı fikirlər səslənəndə, bir tərəf Rusiyanın, digər tərəf isə ABŞ-nin daha üstün fövqəldövlət olduğunu deyir. Bu iki dövlətlə fikirlər toqquşduğundan elə bu fikirlərimi də onların müqayisəsi üzərindən paylaşacağam.
Öncəliklə, Rusiya ABŞ-nin yanında supergüc deyil, hərçənd ki, yalnız iki kateqoriya üzrə yarışa girə bilər.
Birinci, iqtisadiyyatdır, Rusiyanın ərazisinin böyüklüyü və zəngin təbii sərvətləri, ixrac potensialı onu qlobal iqtisadiyyatın üstün vitrinlərinə çıxarır.
Ancaq Rusiya ABŞ kimi dünya iqtisadiyyatının valını dəyişməkdə çox zəifdir.
Bu, əsasən ABŞ dollarının valyuta müharibələrindəki qalibiyyətini əldən verməməsi ilə bağlıdır. Bura texnologiya bazarındakı məhsulları da əlavə etsək, ABŞ-nin nə qədər böyük olduğu görünəcək.
Deməli, Rusiya iqtisadi güc mənasında ABŞ-dən geridir.
İkinci, hərbi potensialdır, bu sahədə bəlkə də qüvvələr nisbətində Rusiyanı dörd mil üstün edir: ən uzaqmənzilli qitələrarası ballistik raketlər, atom sualtı gəmiləri, nüvə arsenalındakı say çoxluğu və hava hücumundan müdafiə sistemi (S-400)
Ancaq həmin silahlar ABŞ ordusunu konseptual güc dəyərləndirməsində üstələyə bilmir. Çünki ABŞ-nin də əlində başqa analoqsuz silahlar mövcuddur, üstəgəl Vaşinqton hərbi xərclərdə çox qabaqdadır.
Gələk üçüncü nöqtəyə: Fövqəldövlətin meyarları sırasında müttəfiqlərin sayı rol da rol oynayır.
Bu gün ya zəlzələdən, ya vəlvələdən ABŞ-nin daha çox müttəfiqi var. Rusiya isə müttəfiqlikdən məhrum olur, müttəfiq olduqları isə onunla eyni oyunda iştirakda çox həvəssiz görünür.
Deməli, bu məsələdə də ABŞ Rusiyadan öndədir.
Ukraynadakı müharibə bu güc balansındakı rolları dəyişdirmək üçün bir fürsətdir.. Mövzu mürəkkəbdir.
Aqşin Kərimov - DİA.AZ

Geri qayıt