Əsas Səhifə > Dünya > Ukraynada həlledici döyüş TƏDARÜKÜ...

Ukraynada həlledici döyüş TƏDARÜKÜ...


15-02-2023, 08:03
Ukraynada həlledici döyüş TƏDARÜKÜ...
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın yazda əks-hücuma keçməsini gözlədiklərini bildirib. Pentaqon rəhbəri bu məqsədlə Ukrayna Müdafiə Kontakt Qrupundakı bütün tərəfdaşlarla silah-sursat imkanlarının təmin edilməsi üçün çox çalışdıqlarını deyib.

Yaza heç nə qalmayıb. Ukrayna əks-hücumdan əvvəl Rusiyanın hücumunu dəf etməlidir. Rusiya yaxın müddətdə işğal ərazisini genişləndirmək məqsədilə hücuma hazırlaşır. Ukrayna ordusu bu hücumu dəf edib Pentaqon rəhbərinin dediyi kimi əks-hücuma keçmək üçün vəd edilən hərbi texnikaya yiyələnməlidir.

Ukraynaya qonşu ölkələr narahatdırlar. Çünki Rusiya Ukraynada istədiyi nəticəni əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq.

Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt