Əsas Səhifə > Dünya > Dağıstanda 3 polis öldürüldü

Dağıstanda 3 polis öldürüldü


15-01-2014, 10:21
Dağıstanda 3 polis öldürüldü
Dağıstanda silahlılarla atışma zamanı hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Atışma zamanı qeyri-qanuni hərbi birləşmələrin iki üzvü zərərsizləşdirilib.

İki silahlının hələ də mühasirəyə alınmış evdə qaldığı, onlardan birinin Xasavyurt cinayət qruplaşmasının lideri olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı davam edir.

Geri qayıt