Əsas Səhifə > Dünya > Süleymaninin ölümü KİMƏ SƏRF EDİRDİ...
Süleymaninin ölümü KİMƏ SƏRF EDİRDİ...4-01-2023, 08:16 |
Üç il öncə bu gün Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi həm də İran rejimi daxilindəki qruplaşmların “əsas rəqibi”nin aradan götürülməsi ilə nəticələndi: bu, oğlu Müctəbanı öz yerinə hazırlayan Xameneyi üçün də sərfəli görünürdü, təkcə ona görə yox ki, Süleymani bu posta yiyələnəcək gücə malik idi, həm də oğul Xameneyi dini lider olacağı təqdirdə onun varlığı Əhməd Xomeyni-Haşimi Rəfsəncani ssenarinin təkrarlanması riskini yaradırdı; Və bu, “Süleymanini ABŞ-a rejimin özü satıb” sualını açıq saxlayır. *** Süleymani din alimi deyildi. Lakin dini cameədə böyük nüfuza malik idi. Sepahın ən güclü qanadı olan Qüds Qrupuna rəhbərlik edirdi. Süleymani həqiqətən də Xamineyinin oğlunun rəqibi hesab olunurdu. Hətta məhdud çərçivədə buna qarşı çıxdığını iddia edənlər də var. Lakin bu, onun İranın dini lider olması anlamına gəlmirdi. Çünki Süleymani Xamineyidən sonra seçkili şəkildə (Şura) yeni liderin seçilməsinin tərəfdarı idi. Hətta bu baş verməyəcəyi təqdirdə, məsələni qaldırıb, dəstəklədiyi namizədi irəli sürəcəkdi ki, bu da rejimüçün əlavə başağrısı idi. Bir şeyi də nəzərə alaq ki, Süleymani haqqında "əfsanə"lərin yaradılması da məhz Xamineyi tərəfdarlarına müxalif olanların işi idi. Çünki həmin dönəmdə Xamineyinin qarşısına çıxacaq yeganə güc o hesab olunurdu. Qaldı, Süleymanini kim öldürdü məsələsinə. Bu aydın məsələdir ki, onu aradan götürməkdə Amerika ilə İranın maraqları üst-üstə düşmüşdü. Tehran rejimi də ilkin koordinatları vermişdi. Azər FİKRƏTOĞLU - DİA.AZ Geri qayıt |