Əsas Səhifə > Dünya > Rusiya İranı daha çox bataqlığa sürükləyir...

Rusiya İranı daha çox bataqlığa sürükləyir...


9-11-2022, 08:35
Rusiya İranı daha çox bataqlığa sürükləyir...
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrandan daha çox pilotsuz uçuş aparatları və raketlər almaq üçün Tehrana gedib. Rusiya Təhlükəsizlik Şurasının katibini iqtisadi heyətin müşayət etməsi aldığı hərbi texnikanın qarşılığında nə qədər maliyyə ödəyəcəyi ilə bağlıdır. Rusiya onsuz da gərgin günlər yaşayan və beynəlxalq aləmdən təcrid olunan İranı daha çox bataqlığa sürükləyir. İran dronlarının Ukrayna şəhərlərini və mülki insanları hədəf götürməsi Tehran üçün nəticəsiz qalmayacaq. Bunu İran hakimiyyəti içərisində anlayanlar da var, sadəcə İslam Keşikçiləri Koprusundan qorxduqları üçün səsləri çıxmır, “Ukraynada işğalçı müharibə aparan Rusiyaya hərbi texnika vermək düzgün deyil” deyə bilmirlər.
Elxan Şahinoğlu - DİA.AZ

Geri qayıt